Azərbaycan transferlərə ən çox pul xərcləyən ölkələrin sırasında

FIFA keçən il üçün klubları beynəlxalq transferlərdən ən çox gəlir götürən və xərcə düşən ölkələrin siyahısı açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan ən çox xərc çəkənlərin siyahısında "Top-15"likdə yer alıb.

Azərbaycan klublarının transferlərdən ümumi gəlir və xərcləri arasında 4,7 milyon dollarlıq fərq yaranıb. Ölkəmizin 14-cü pillədə qərarlaşdığı siyahıda 988,1 milyon dollarla İngiltərə birincidi.

Klubları ən çox gəlir gətirən ölkələr siyahısında isə 707,5 milyon dollarla Portuqaliya ilk yeri tutur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right