"Keşlə"nin zədəliləri sağaldı

Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Zirə"nin qonağı olacaq "Keşlə" oyuna itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, Fuad Bayramov qarşıdakı görüşü buraxacaq. Ötən tur "Sumqayıt"la matçda sarı vərəqə alan yarımmüdafiəçi cəzalı duruma düşüb.

Antalya toplanışı zamanı zədələnən yeni transfer Pablo Podio isə artıq komanda ilə məşqlərdə iştirak edir. Ancaq onun qarşıdakı turdsa meydana çıxıb-çıxmayacağı bilinmir. Digər yarımmüdafiəçi Aqşin Quluzadə də zədəsini tam sağaldıb.

Qeyd edək ki, "Zirə" - "Keşlə" oyunu martın 4-ü, saat 18:00-da keçiriləcək.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right