Ramilin siftəsi, "Qarabağ" "Qəbələ"ni məğlub etdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında 15-ci turun oyunları baş tutub.  

Newsport.az xəbər verir ki, turun mərkəzi matçında  "Qarabağ" "Qəbələ"ni 5:3 hesabıyla məğlub edib.“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfində əvəzedici heyətə göndərilən Ağabala Ramazanov və Ramil Şeydayev "qırmızı-qaralar"la matçda fərqləniblər. Ramazanov 2, Şeydayev isə 1 dəfə rəqibi məyus edib. "Qəbələ"nin də heyətində millimizin üzvü olan Elvin Məmmədov dubla imza atıb.

Əvəzedicilərin yarışında turnir cədvəlinə 35 xalla "Qəbələ" başçılıq edir. "Səbail" 27 xalla ikincidir. "Qarabağ" 17 xalla 6-cı yerdə qərarlaşıb.

“Qarabağ” – “Qəbələ” – 5:3

Qollar: Ramil Şeydayev, 21; Ağabala Ramazanov, 34, 45; Salman Cəfərov, 47; Famil Camalov, 61 // Kamran Quliyev, 38; Elvin Məmmədov, 85, 87

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right