Pedro Enrike: "Bəzi matçlar olurdu ki, onun oyunu alınmırdı" Müsahibə

“Əsas oyun idi. Uşaqlar da yaxşı oynadılar. Ancaq, düşünürəm ki, əsas, yaxşı oynamaq yox, qol vurub qələbə qazanmaqdır”.  

Newsport.az saytnın məlumatına görə, bu sözləri “Qarabağ” “Qəbələ” görüşündən sonra ev sahiblərinin legioner futbolçusu Pedro Enrike əməkdaşımızın suallarını cavablandırarkən bildirib.

- Dino Ndlovunun yoxluğunu hiss etdinizmi hücumda?

- Təbii ki, Dino çox yaxşı oyunçudur. Lakin Mahir mədətov onun yoxluğunu hiss elətdirmədi. Dino burada olan zamanlarda da bəzi matçlar olurdu ki, oyunu alınmırdı və görüşün taleyini Mədətov həll edirdi. Ümumilikdə, bütün hücumçularımızdan razıyıq.

- Stankoviçlə aranızda mübahisə yaşandı. Bu haqda nə deyə bilərsiniz?

- Elə də ciddi problem yoxdur. Oyun epizodlarıdır və hər matçda ola biləcək şeylərdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right