"Zirə" "Sumqayıt"la, "Qarabağ" "Qəbələ" ilə sülh bağladı Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında start veriləcək.

Newsport.az-ın məlumatına görə, ölkə çempionatındakı 63 günlük fasilədən sonra XV turun oyunları baş tutacaq. 

2018-ci ilin ilk oyunu Zirədə keçiriləcək. Ayxan Abbasovun rəhbərlik etdiyi eyniadlı komanda "Sumqayıt"ı qəbul edəcək. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar avrokuboklara vəsiqələr urğunda xal hesabını artırmağa çalışacaq. 

Turun mərkəzi qarşılaşması "Qarabağ" və "Qəbələ" komandaları arasında "Azərsun Arena"da keçiriləcək. Ağdam təmsilçisi qalib gəlsə, növbəti çempionluğuna doğru böyük addım atmış olacaq. Roman Qriqorçukun yetirmələrinin səfər qələbəsi isə Premyer Liqada intriqanı daha da artıracaq.

Azərbaycan Premyer Liqası

XV tur

10 fevral (şənbə)

16:00. "Zirə" – "Sumqayıt" 1-1

Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 35.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

19:00. "Qarabağ" – "Qəbələ" 0-0

Qollar:

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
“Azərsun Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right