"Sumqayıt" ilk qələbəsini qazanıb

Fasilədən yararlanaraq, hazırlıqları davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, Samir Abasovun kollektivi  birinci divizionun lideri “Qaradağ Lökbatan”la güclərini sınayıblar və "gənclər şəhəri" təmsilçiləri 3:0 hesablı qələbə qazanıblar.

"Sumqayıt" 3-0 "Qaradağ Lökbatan" 

Qollar: Azər Salahlı, Amil Yunanov, Camal Camalov 

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 18-də “Səbail” klubuna qarşı keçirəcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right