Cavid Hüseynov: "Ağır qərardı" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ” doğma meydanda “Keşlə”ni qəbul edib və 3-0 hüsabı ilə qalib gəlib.

Newsport.az xəbər verir ki, oyunsonrası stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandıran futbolçu Cavid Hüseynov bildirib ki, “Hər oyun bizim üçün çox çətin keçir. Biz bütün oyunlara yalnız qələbə üçün çıxırıq ki, sonda itirdiyimiz xallara görə peşman olmayaq. Bu gün çox sevinirik ki, layiqli qələbə qazandıq.

-Sənə elə gəlmir ki, “Qəbələ” bu gün tam gücünü göstərmədi.  Çox rahat qalib gəldiz sanki.

-Düzdü kənardan elə görüNnə bilər. Ancaq birinci hissədə çox əziyyət çəkdik. Onların müdafiəsi çox sıx idi daxil ola bilmirdik cərimə meydançasına. Ancaq bilirdik ki, ilk qoldan açılışacaqlar. İkinci hissədə də şanslarımız oldu, biz də üstün dəyərləndirdik.

-Birinci dövrə artıq başa çatdı. “Qəbələ”nin çıxışından razısanmı?

-Tam olaraq razı deyiləm. Bəzi oyunlar oldu ki, səbəsiz yerə xal itirdik. Həmin oyunlar bizi geri saldı. Belə düşünürəm ki, yaxı olsaq belə, özümüzdən razı olmamalıyıq.

-Növbəti oyun kubok oyunu olacaq, “Səbail”ə qarşı. Bu komandanı artıq bir dəfə məğlub etmisiz. Nə gözləyirsən həmin oyundan? Yenə asan qələbə qazana biləcəksizmi? Yoxsa kubok ayrı, çempionat ayrıdı sizin üçün?

-Əlbətdə ki,hər ikisinin ayrı-ayrı marağı var. İlk oyunumuz evdədi. Çlışacayıq ki, qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni əldə edək.

-Bir də son günlərin ən çox müzakirə olunan mövzusu.

-O, haqda danışmaq istəmirəm.

-Heç oyunçular ilə danışmısanmı? Dəstək olmusanmı?

-Hər birinə dəstəyəm. Lkin bu haqda biz də mətbuatdan izləyirik. Qəbələdə olduğum üçün futbolçular ilə görü.məmişəm.  İnşallah Bakıya qayıdanda görüşərəm.

-Səncə verilə qərar ağır qərardı? Yoxsa  düzgün qərar verilib haqlarında?

-Yenə deyirəm, bu haqda danışmaq istəmirəm. Açığı olanları da bilmirəm, nə baş verib. Ancaq ağır qərardı. Cavan uşaqlardı yaşlarıda elə çox deyil. Mövzünü tam bilmədiyim üçün dəqiq bir söz deməkdə çətinlik çəkirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right