Qurban Qurbanov: "Beşiktaş"ın izi ilə gedəcəyik"

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsindən lider olaraq çıxan ilk Türkiyə komandası “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Bakıda olub.

Newsport.az saytının məlumatına görə, Qurban Qurbanovla görüşən mütəxəssis çalışdırıcıya öz təbriklərini çatdırıb və uğurları ilə qürurlandığını bildirib. 

Günəş “Qarabağ”a hər zaman dəstək və kömək etməyə hazır olduqlarını deyib: “İrəliləməkdə olan bir futbol ölkəsi üçün heç də az sayılmayacaq uğurlar imza atmısız. Çempionlar Liqası səbr istəyir. Biz də bugünlərə belə gəldik. Keçən il turun qapısından dönmüşdük. Bir türk olaraq qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurlanırıq. Əlimizdən gəldiyi qədər yardıma hazırıq. Planlı çalışaraq daha yaxşı yerlərə gələcəyinizə əminik”.

Eyni zaman da Qurban Qurbanov da qardaş ölkədən olan həmkarının uğurlarından danışıb və ona təşəkkür edib: “Bir müsəlman və qardaş komandanın Çempionlar Liqasında xaruqələr yaratması Azərbaycan xalqını xoşbəxt edib.  Hər kəs sizdən danışır. Həm klub adına, həm də baş məşqçi olaraq sizi örnək alırıq və buna davam edəcəyik. Bir türk baş məşqçinin uğurları ilə fəxr edirik. Sizlərə təşəkkür edirik. “Beşiktaş”ın izindən gedəcəyik və sizin kimi uğurlu olmağa çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right