"Qarabağ"ın futbolçusu düşərgədən ayrılıb

Perspektivinə ümidlər bəslənilən, hətta Qurban Qurbanov tərəfindən “Qarabağ”ın əsas komandasına cəlb olunan Elgün Uluxanov “Qarabağ”dan gedib.

Newsport.az xəbər verir ki, bununla bağlı müxtəlif informasiyalar var. Ölkə mətbuatında yayılan məlumata görə, Uluxanov heç kimə xəbər vermədən komandanın düşərgəsini tərk edib. Daha kobud desək, düşərgədən qaçıb. Amma məsələ ilə bağlı komandanın əvəzedici heyətinin baş məşqçisi Aftandil Hacıyevin fikirləri başqadır. Gənc çalışdırıcı Uluxanovun gedişi ilə bağlı  belə danışıb:

“Bəli, Elgün Uluxanov komandadan ayrılıb. Amma onun gedişi ilə bağlı mətbuatda yayılan informasiyalar düzgün deyil. Uluxanov gedişi ilə bağlı komandaya məlumat verib. Ailə vəziyyətini əsas gətirərək Rusiyaya qayıdıb. Onun ailəsi qonşu ölkədə yaşayır. Futbolçu normal şəkildə məlumat verib və yollar ayrılıb”.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right