Robert Prosineçki: "Rəsmi təklif yoxdur"

Milli komandamızın çalışdırıcısı Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, mütəəssis adının Sloveniya və Bosniya və Herseqovina yığmaları ilə birgə hallanmasına münasibət bildirib. Prosineçki rəsmi təklif almadığını söyləyib:

"Mənə Bosniya və Herseqovina millisindən təklif almağımla bağlı jurnalistlər sual verir. Ancaq mən bu ölkənin federasiyasından heç bir təklif almamışam. Heç bir söhbətimiz olmayıb. Mən də bu haqda sizdən eşidirəm. Bu məlumatlardan xəbərsizəm. Heç Sloveniya yığmasından da təklif yoxdu. Mən namizədlər siyahısında ola bilərəm, ancaq rəsmi təklif yoxdur".

Xatırladaq ki, Prosineçki 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right