"Qorxaq futbol olmayacaq” - Cavid Hüseynov

"Almaniyanın çox güclü komanda olduğu hamıya aydındır. Bu komanda qrupumuzun qalibi kimi DÇ-2018-ə vəsiqə qazanıb. Biz ilk oyundan başlayaraq, heç bir rəqibdən qorxmamışıq, açıq futbol oynamışıq, mübarizə aparmışıq. Sabahkı oyunda da belə olacaq".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov səfərdə Almaniya yığmasına qarşı keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib. 

29 yaşlı yarımmüdafiəçi qeyd edib ki, 9 tur ərzində yığmamız potensialına uyğun xal toplaya bilməyib: 

"Özümüzdən, komandamızdan bundan çoxunu gözləyirdik. Amma alınmadı. Çexiya ilə Bakıdakı oyunda da nəticə ürəkaçan olmadı. Bu məğlubiyyət bizi hardasa ruhdan saldı". 

Hüseynov Almaniya millisinə qarşı qorxaq futbol nümayiş etdirməyəcəklərini vurğulayıb: 

"Qorxaq futbol olmayacaq. Nəticənin yaxşı olması üçün uşaqların əllərindən gələni edəcəklərinə inanıram. Böyük fərqlə Almaniya yığmasının qələbə qazanacağına dair fikirlər səsləndirilir. Çalışacağıq ki, buna imkan verməyək".

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right