“Qəbələ” “Xəzər Lənkəran”a qalib gəldi

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb. 

U-19 Gənclər Liqasında “İnter”i 4:0 hesabı ilə məğlub etdikdən sonra səfərdə “Səbail”dən güclü olub - 1:0. Üç oyunda 9 xal toplayan “qırmızı-qaralar” yarışın lideridir.

U-17 IV turda “Xəzər Lənkəran”ı qəbul edib. 7:0 hesabı ilə qələbə qazanan “Qəbələ” 10 xalla 2-ci sırada qərarlaşıb. U-15 səfərdə “Turan”a 6 cavabsız qol vurub. 4 xala malik “Qəbələ” 3-cü pillədə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandaları meydana çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” İsmayıllı UGİM-ini 10:0, UGİM isə Yevlaxın UGİM-ini 5:0 hesabı ilə məğlub edib. 3 turdan sonra “Qəbələ”nin 9, UGİM-in 6 xalı var. 

U-11 Liqasındakı təmsilçilərimiz də eyni rəqiblərlə görüşüb. “Qəbələ” İsmayıllı təmsilçisini 13:0, UGİM Yevlaxın komandasını 5:1 hesabı ilə üstələyib. Burada da “Qəbələ”nin 9, UGİM-in 6 xalı var. U-10 Liqasında “Qəbələ” Ağdaşın UGİM komandasını 19:1 hesabı ilə yenib. Digər iki “Qəbələ” təmsilçisi Gİİ və UGİM-in duelində birincilər 5:2 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right