"Qəbələ" hazırlıqlara başladı

Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz”lə oyunundan (0:2) sonra istirahətə buraxılan “Qəbələ” bu gün məşqlərini bərpa edib. 

Newsport.az-ın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlara Bakıda start verən “qırmızı-qaralar” günü iki məşqlə yekunlaşdırıb. 

Səhər məşqində fiziki hazırlıq keçən bölgə təmsilçisi axşam toplu çalışmalara üstünlük verib. Milli komandaların düşərgələrində olan futbolçular, həmçinin zədəli Filip Ozobiç məşqlərdə iştirak etməyib. Əvəzedici heyətin 6 oyunçusu əsas komandanın hazırlığına cəlb olunub. Bir neçə müddətdir Roman Qriqorçukun rəhbərliyi altında məşq keçən Ülvi İsgəndərovla yanaşı, Ülvi İbazadə, Tural Məmmərzayev, Rövlan Muradov, Amin Seydiyev və Hacıağa Hacılı da paytaxt hazırlığına qoşulub.

Xatırladaq ki, “Qəbələ” oktyabrın 7-də “Neftçi” ilə yoxlama oyunu keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq görüş saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right