"İnter" heç bir oyun keçirməyəcək

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən klublarımız boşluğu yoxlama oyunları ilə doldursa da, “İnter” digərlərindən fərqlənir.

Newsport.az-ın məlumatına görə, bakılılar bu müddətdə heç bir sınaq matçı keçirməyəcək.

Onsuz da məhdud olan heyətin bir neçə üzvü də əsas və 21 yaşlılardan ibarət milliyə dəvət aldığına görə komandada futbolçu çatışmazlığı var. Buna görə də bakılılar fasilə müddətində yalnız məşq etməklə kifayətlənəcək. 

Qeyd edək ki, Topaz Premyer Liqasının 1-ci dövrəsinin yekun cədvəlinə əsasən 8 xalla 5-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right