"Qəbələ" ilk dövrənin qalibi oldu

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 7-ci tura start verilib. 

Newsport.az xəbər verir ki, 1-ci dövrənin son turunun ilk görüşü Qəbələdə baş tutub. 

“Qırmızı-qaralar” öz meydanında “Kəpəz”lə görüşüb. Mövsümün startında 6 qələbə qazanan “Qəbələ” seriyasını bu matçda da davam etdirib. Elmar Baxşıyevin yetirmələri qarşılaşmanın əvvəlində rəqibin müqavimətini qırmaqda çətinlik çəksə də, 35-ci dəqiqədə Elvin Həsənov, fasilədən əvvəl isə Hacıağa Hacılı qol sevinci yaşayıb. Komanda üstünlüyünü artırmaq üçün çalışsa da, hesabı dəyişməyə müvəffəq olmayıb.

Beləliklə, “qırmızı-qaralar” mövsümün startında 7-ci dəfə qalib gələrək, 1-ci dövrəni xal itkisi ilə üzləşmədən başa vurub. Ümumilikdə isə qələbə seriyası 8-ə çatan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini daha da möhkəmlədib.

Əvəzedicilərin çempionatı
7-ci tur
30 sentyabr

 

“Qəbələ” – “Kəpəz” 2:0
Qollar
: Elvin Həsənov, 35; Hacıağa Hacılı, 43.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right