Newsport.az xəbər verir ki, Əliyev öncə oyunla bağlı fikirlərini bildirib:
- “Sumqayıt”dan bu cür futbol, belə taktika gözləmirdik. 3 mərkəz müdafiəçisi olmaqla, cəmi 5 müdafiəçi ilə çıxış edirdilər. Qalib gəlmək istəyirdik. Erkən qol buraxdıq. Bu, artıq bizdə xəstəlik halına gəlib. Buna baxmayaraq, daha sonra toparlanaraq hücum qura bildik. Ancaq əldə etdiyimiz fürsətlərdən istifadə edə bilmədik.
- Bu oyunu komandanın ən zəif oyunu kimi dəyərləndirə bilərik?
- İstər “Sumqayıt” olsun, istərsə də “Kəpəz” bizə qarşı müdafiə futbolu oynayırlar. Bu amil bizi sevindirir. Deməli, rəqiblərimiz bizdən çəkinirlər.