"Qarabağ" 40 futbolçunu UEFA-ya sifariş etdi Rəşad Sadıqovu Hacıyev əvəzlədi

Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandasının iştirak ərizəsi UEFA-ya təqdim olunub..

Newsport.az xəbər verir ki, əsas komandanın kapitanı Rəşad Sadıqovun çalışdırdığı komandada 40 futbolçunun adı siyahıya salınıb. Sadıqov əsas komanda ilə ÇL matçlarında iştirak edəcəyi üçün komandanı oyunlara Aftandil Hacıyev çıxaracaq.

Ağdam komandasının heyətində legionerlər də yer alıb. Ukraynadan Yaroslav Deda və makedoniyalı – Oliver Stoymenovski ilə Boyan Miovski “Qarabağ”a bu turnirdə kömək edəcək. MOİK-in oyunçusu İbrahim Qədirzadə də "atlılar"a qoşulub. Komandanın ən gənc üzvü isə "Neftçi"dən heyətə cəlb edilən 15 yaşlı hücumçu Musa Qurbanlıdı. Qurbanlı əsas komandanın çalışdırıcısı Qurban Qurbanovun oğludur.

"Qarabağ" qrupda "Roma", "Atletiko" və "Çelsi" ilə mübarizə aparacaq.

Qapıçılar: 1. Məmməd Hüseynov, 12. Nicat Behbalıyev, 25. Rəhim Rəhimli, 26. Əfqan Fərruxlu

Müdafiəçilər: 2. Yusif Həsənov,  Rahid Ağazadə, 4. Əsgər Hüseynov, 5. Elçin Əsədov, 7. Turan Manafov, 14. İbrahim Hüseynov, 21. Oliver Stoymenovski, 27. Nihad Quliyev, 28. Samir Ağakişiyev, 36. Bəşir Ayralov, 39. Aslan Bədəlzadə

Yarımmüdafiəçilər: 6. Əli Əliyev, 8. Nicat Süleymanov, 10. Famin Əliyev, 11. Zaur Fərzəliyev, 13. Davud Mahmudov, 15. Pilağa Mehdiyev, 16. İbrahim Qədirzadə, 17. Ülvi İbrahimov, 18. Süleyman Əhmədov, 19. Boyan Miovski, 20. Akif Hümbətzadə, Taleh Rzayev, 24. Yaroslav Deda, 29. Bilal Hüseynli, 30. Kənan Qasımov, 31. Nicat Quluzadə, 35. Tural Bayramov, 37. Nurlan Xəlilov, 38. Hüseyn Əhmədov

Hücumçular: 9. İbrahim Əliyev, 23. Nicat Məmmədov, 32. Xaqani Sadıqov, 33. Musa Qurbanlı, 34. Turan Vəlizadə, 40. Misir Rüstəmov

Baş məşqçi: Aftandil Hacıyev

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right