Əliyar Ağayev ABŞ-a köçür?

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu gün ABŞ-a yollanıb.

Newsport.az Futbol11.az-a istinadən xəbər verir ki, hakimin okeanın o tayına yollanmasına səbəb heç də beynəlxalq matç idarə etmək deyil.

Gedişə səbəb onun ABŞ hökümətinin hər il bir dəfə keçirdiyi “Green Card”da qalib olmasıdır.

Qeyd edək ki, “Green Card” ABŞ höküməti tərəfindən hər il keçirilən lotoreya yarışıdır. Burada qalib olan vətəndaşlara ABŞ-da işçi vizası və bir neçə ildən sonra isə vətəndaşlıq verilir. Builki qaliblər arasında Ağayevin də adı var. Dünən Azərbaycan Permyer Liqasının 2-ci turunda “Qəbələ” – “Sumqayıt” oyununu idarə edən referi bu gün artıq sözügedən ölkəyə yollanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right