Qurban Qurbanov riskə getməyəcək

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” Gürcüstan klubu “Samtredia”nı darmadağın etdi. Qafqazın ən güclü klublarından olan “Qarabağ” “Samtredia”nın qapısından 5 cavabsız qol keçirdi.

Amma bu qələbə “Qarabağ”a kapitan itkisi ilə başa gəldi. Belə ki, kapitan Rəşad Sadıqov zədələndi və oyunu yarımçıq tərk etdi. Rəşadın zədəsi ciddi olmasa da, newsport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov cavab görüşündə Rəşadla bağlı riskə getməyəcək. 

Qeyd edək ki, cavab oyunu iyulun 18-də baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right