"Yagelloniya"nın baş məşqçisi: "Penaltimiz verilmədi"

“Çox çətin oyun oldu. Oyunun sonuna yaxın qələbə qazana bilərdik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Yagelloniya” klubunun baş məşqçisi İreniuş Mamrot deyib.

Polşa klubu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qəbələ” ilə heç-heçə edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Bütün gücümüzü ortaya qoyduq. Cavab oyunu çox çətin oyun olacaq. Cütün taleyinə cavab oyununda aydınlıq gələcək”.

- Cavab oyununda şansları necə dəyərləndirirsiniz?

- Yenə şanslar bərabərdi. Çünki “Qəbələ” hücumda yaxşı oynayır. Düzdü, qol vurduq, amma həm də qol buraxdıq.

- Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsiniz?

- Hakimlər haqda danışmaq istəmirəm. Bu barədə danışmaq mənim işim deyil. Amma iki epizoddn narazıyam və həmin oyunları izləyəcəyəm. İlk hissədə penaltimiz verilmədi. Belə daha bir epizod oldu. Düşünürəm ki, bu gün hakimlərin işi çox çətin oldu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right