"Neftçi" "Səbail"i məğlub etdi

"Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
 

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" "Səbail” klubunun əvəzediciləri ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş 4:1 hesablı qələbə ilə nəticələnib. "Neftçi”nin heyətində Cavidan Qasımlı "het-trik”ə imza atıb. Bir dəfə isə İbrahim Əliyev fərqlənib.
 
Qeyd edək ki, "Neftçi"nin əvəzediciləri iyulun 15-də keçiriləcək növbəti yoxlama oyununda "Sumqayıt” klubunun əvəzediciləri ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right