“Karvan” dan yeni xəbər: yarıbiçilmiş stadion, yerli futbolçular, gözlənilən cavablar

Müstəqil Azərbaycan futbolunun tarixində “Karvan” klubunun öz yeri var. Yevlax təmsilçisi daxili yarışa maraq qatmaqla yanaşı, ölkəmizi onun hüdudlarından kənarda layiqincə təmsil edib. Amma sonradan maliyyə böhranı ilə üzləşən “Karvan” 3 ildir ki, nəinki Premyer Liqada, hətta I Divizionda yoxdur.

Newsport.az-ın məlumatına görəLakin hazırda klubla bağlı az da olsa işıq ucu var. Belə ki, Yevlaxın Azərbaycan futboluna bəxş etdiyi ən önəmli simalardan olan Kənan Kərimov yerli gəncləri başına yığaraq, məşqlərə başlayıb. Bir neçə futbolçu dünəndən etibarən Yevlax şəhər stadionunun yardımçı meydançasında hazırlığa start veriblər. Danışıqlardan sonra meydança sulanıb, lakin hələ ki, vəziyyət istənilən kimi deyil. Yardımçı meydançanın sadəcə bir hissəsi məşq etmək üçün normal vəziyyətə gətirilib.

Düşərgədə hələ ki ancaq yerli futbolçular yer alıb. Əgər klub danışıqlar davam olunan şəxslərdən və ya şirkətlərdən müsbət cavab alarsa, digər oyunçulara da dəvət göndərəcək.

Futbol11.az saytının məlumatına görə, “Karvan” Yevlax şəhər stadionundan pulsuz istifadə edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right