"Qəbələ" Kiyev "Dinamo"suna uduzdu YENİLƏNİB

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışın davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar" son Ukrayna çempionatının ikincisi Kiyev “Dinamo”su ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu, “Qəbələ”nin Avstriyada 7-ci yoxlama görüşü olacaq. Komanda buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıb, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.

4 iyul

Yoxlama oyunu

20:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:2
Qollar: 
Xliobas, 13 (0:1), 56 (0:2), Elvin Məmmədov, 85 (1:2)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right