"Neftçi" onlarsız hazırlaşır

"Neftçi” klubu Azərbaycan Premyer Liqasının 2017/2018-ci illər mövsümünün hazırlığına start verib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi məşqlərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlaşır.

Amma bütün futbolçular baş məşqçi Elxan Abdullayevin sərəncamında deyillər. Belə ki, milli üzvləri Məhəmməd Mirzəbəyov və kapitan Ruslan Abışov hələ istirahət edirlər. Onlar iyulun 3-dən etibarən komandaya qoşulacaqlar. 

Qeyd edək ki,  “Neftçi” Bakı toplanışı çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right