"Səbail" iki yoxlama oyunu keçirəcək

Premyer Liqanın yeni sakini "Səbail" hazırlıqlarını davam etdirir.

 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi hazırlığın ilk mərhələsini ölkə daxilində keçəcək. Samir Əliyevin yetirmələri bu müddət ərzində iki yoxlama matçında qüvvəsini sınayacaq.

 

"Səbail"in ilk sınaqçı rəqibi "Binə" olacaq. "Aslanlar" ikinci yoxlama görüşünü iyulun 2-də "Kapital Bank Arena"da "Sumqayıt"la keçirəcək.

 

 Qeyd edək ki, "Səbail" hazırlıq prosesinin ikinci mərhələsini Türkiyədə davam etdirəcək. Komanda iyul ayının ortalarında qardaş ölkəyə üz tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right