"Sumqayıt" "Səbail"lə qarşılaşacaq

"Sumqayıt" iyunun 20-si yeni mövsümün hazırlıqlarına start verəcək.

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi" hazırlığın ilk mərhələsini ölkə daxilində keçəcək. Əldə etdiyimiz məlumata görə Samir Abasovun yetirmələri bu müddət ərzində iki yoxlama matçında qüvvəsini sınayacaq.

"Kimyaçılar"ın ilk sınaqçı rəqibi Premyer Liqaya bu mövsüm vəsiqə qazanmış "Səbail" olacaq. Paytaxt təmsilçisi ilə qarşılaşma 2 iyul tarixində "Kapital Bank Arena"da baş tutacaq. İkinci rəqib isə hələ məlum deyil.

Qeyd edək ki, "Sumqayıt" hazırlıq prosesinin iliknci mərhələsini Türkiyədə davam etdirəcək. Komanda iyul ayının ortaları qardaş ölkənin Bolu şəhərinə təlim-məşq toplanışına yola düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right