Ramin Musayev: "Neftçi"də işlər yenə düz getmir"

"Neftçi"yə yeni rəhbərlər gəlib. Çəkinmədən deyirəm ki, yenə işlər düz getmir. Mən bunu deməli deyiləm. Amma deyirəm". 
 
Newsport.az-ın məlumatına görə, bunu "İdman Azərbaycan"a müsahibəsində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O bildirib ki, vaxtilə vitse-prezident kimi çalışdığı "Neftçi"də hazırda futbolçu seçimi düzgün aparılmır. Musayevin fikrincə, komandaya layiq futbolçular seçilməlidir: "Neftçi"nin keçmiş oyunçularına da baxın, indikilərə də... Menecerlər klub rəhbərlərini aldadırlar. Onlardan düzgün istifadə olunmur. Dostdurlar, bir-birilərini aldadırlar. Məşədi İbad nə deyib? "Bunu gətirəndə bilmirdiniz ki, qızdır, yoxsa oğlan?" Bunu PFL prezidentinin deməyə ixtiyarı yoxdur. Ancaq siz sual verdiniz, mən də cavab verdim. Bəli, "Neftçi"nin bu halı məni yandırır". 
 
PFL prezidenti etirazını hazırkı baş məşqçi Elxan Abdullayevin də diqqətinə çatdırdığını söyləyib: "Dedim ki, filan oyunçular "Neftçi"yə layiq futbolçular deyillər. Ad çəkməyəcəyəm. Kaş mən yanılım. Amma dediklərim səhv çıxsa, sevinərəm. Mən onları istədiyimdən deyirəm: Futbolçular "Neftçi"nin adına layiq olmalıdırlar. Menecerləri dəyişməlidirlər. Yaxud da öz seleksiyaçı-məşqçiləri olmalıdır". 
 
Qeyd edək ki, Ramin Musayev PFL prezidenti təyin olunanadək "Neftçi"nin vitse-prezidenti olub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right