"Daha iki il "Qarabağ"ın bir parçası olmaq qürurvericidir" - Qara Qarayev

"Daha iki il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacam”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev klubun saytına açıqlamasında deyib.

“Qarabağ”la yeni 2 illik müqavilə imzalayan millimizin üzvü bundan sonra da komandası üçün əlindən gələni edəcəyini bildirib: “Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right