"Qəbələ"də iki ciddi itki

Azərbaycan kubokunun finalında "Qarabağ"la qarşılaşacaq "Qəbələ" oyuna iki itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar"ın hücumçusu Daniel Subotiç zədə səbəbindən həlledici matçı buraxacaq.

Həmçinin uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalan Vitali Vernidub da sabah meydana çıxmayacaq. Ukraynalı müdafiəçi fərdi məşqlərə başlasa da tam hazır deyil.

Qeyd edək ki, Naxçıvan şəhər stadionunda keçiriləcək qarşılaşma sabah saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right