“Qarabağ” və “Qəbələ” Naxçıvandadır

Azərbaycan kubokunun finalçıları “Qarabağ” və “Qəbələ” artıq Naxçıvandadırlar.

Newsport.az-ın məlumatına görə, bu gün hər iki komanda oyunun keçiriləcəyi stadionda məşqə çıxacaqlar. “Qəbələ”nin hazırlığının saat 17:00-da, “Qarabağ”ın məşqinin isə saat 18:00-da başlaması nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ”la “Qəbələ” arasında final görüşü sabah saat 16.00-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right