AFFA "Kəpəz"i cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az saytının məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz” - “İnter” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 28-ci turunun “Sumqayıt” - “Qəbələ” matçının 50-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Akşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.

Əvəzedici heyətlərin 28-ci turunun AZAL - “Zirə” matçının 63-cü dəqiqəsində AZAL-ın futbolçusu Tural İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

Azərbaycan 1-ci divizionunun 26-cı turunun MOİK - “Göyəzən” matçının 47-ci dəqiqəsində MOİK-in futbolçusu Rafiq Kərimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right