BDU çempion oldu

AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında təşkil edilən Azərbaycan çempionatına yekun vurulub.
Newsport.az-ın məlumatına görə, Üçüncü yer uğrunda keçirilmiş oyunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası ilə Azərbaycan Texniki Universitetinin komandası üz-üzə gəlib. Memarlıq və İnşaat Universitetinin komandası 2:1 hesabı ilə qalib gəlib.
 
Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Bakı Dövlət Universitetinin komandası qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən BDU-nun komandası çempion olub.
 
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
 
Sabir Əlişanov (AMİU) turnirin ən yaxşı müdafiəçisi, Nicat Mahmudov (ADBTİA) ən yaxşı hücumçusu seçilib. Nurəlı Əsədov (BDU) isə çempionatın bombardiri olub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right