Qurban Qurbanov mükafatlandırmaya qatılmadı FOTO

Premyer Liqanın 27-ci turunun “Qarabağ” – “Sumqayıt” oyunundan sonra dördüncü dəfə Azərbaycan çempionatının qalibi adını qazanan Ağdam klubuna qızıl medallar verilib.

Newsport.az-ın məlumatına görə, komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qarabağ”ın sahibi Abdulbari Gözəl təqdim ediblər.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimini kənardan izləyib və medalını almayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Q.Qurbanovun anası dünyasını dəyişib. Onun məhz bu səbəbdən mükafatlandırmaya qatılmadığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right