"Zaqatala" ilə matç öncəsi "Səbail"də ciddi itki

Sabah I Divizionda XXIV turda "Zaqatala"nın qonağı olacaq "Səbail" bu gün səhər saatlarında Zaqatalaya çatıb.

Newsport.az-ın məlumatına görə, komanda günorta saatlarında Zaqatala şəhər stadionunda məşqə çıxıb. Məşq təxminən 40 dəqiqə davam edib.

Zədədən əziyyət çəkən Eltun Yaqublu sabah "Zaqatala"ya qarşı matçda iştirak etməyəcək. "Mil-Muğan"la oyunda zədələnən digər müdafiəçi Qvanzav Maqomedov isə komandayla birgə Zaqataladadır və sabah baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right