"AFFA İcraiyyə Komityəsi onunla müqavilənin uzadılmasına müsbət baxacaq" - Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov Avropa çempionatının əsas seçmə mərhələsində izlədiyi Azərbaycan - Macarıstan qarşılaşmasından sonra brifinq keçirib.

Newsport.az-ın məlumatına görə, Assosiasiyanın əsas rəhbər şəxslərindən biri Bakı İdman Sarayında olan  əməkdaşımızın suallarını cavablandırıb:

- Millimizin final mərhələsinə birbaşa vəsiqə qazanması sevindirici haldı. Yığmamız 2018-ci ildə həlledici mərhələnin keçiriləcəyi Sloveniyaya yollanacaq. İnanırıq ki, belə inamlı oyunu orada da nümayiş etdirəcək.

- Qrupdakı oyunlarda hansını qeyd edərdiniz?

- Təbii ki, bugünkü oyunu.

- Hesab etmirsiniz ki, millimiz matçlarda çox əziyyət çəkdi?

- Evdə oynadığımızdan psixoloji təzyiq vardı. Əslində, ən çətini bosniyalılara qarşı matç idi. Evdə oynamaq bir tərəfdən yaxşı haldı. Ancaq digər tərəfdən, təzyiq çox olur. Milli komandamızı səfərdə də görmüşük. Orda daha rahat oynayır. Ancaq burda bir az təzyiq altında olur. Son oyunda tam açıldı və aşkar üstünlüklə qalib gəldik. 

- Bəlkə də sual birbaşa sizə aid deyil. Ancaq maraqlıdı ki, braziliyalı baş məşqçimiz Buro Jade ilə əməkdaşlıq final mərhələsində davam edəcəkmi?

- Çox güman ki, bəli. Millimiz onun rəhbərliyi altında çox yaxşı nəticə göstərdi, gözəl oyunlar nümayiş etdirdi. Düşünürəm ki. Biro Jade komandanın heyəti ilə çox yaxşı münasibət qurdu. O, əsl komanda ruhu yarada bildi. Yəqin ki, AFFA İcraiyyə Komityəsi onunla müqavilənin uzadılmasına müsbət baxacaq. Ən əsas sevindirici hal odu ki, Biro Jade bizim gözümüzün qabağında məşqçi oldu. Əvvəl millimizdı oynadı, sonra baş məşqçisi oldu. 

- Sizcə, dünya çempionatında uğurlu çıxış edən milli komandamızın Avropa çempionatında hədəfini daha yüksək qoymaq lazım deyilmi?

- Təbii ki, futzalda hədəfimiz daha yüksəldi. Bu yığmamız daha yaxşı nəticələr göstərir. Final mərhələsinə yaxın baş məşqçi ilə oturub düşünəcəyik və real məqsədləri qarşımıza qoyacağıq. 

- Biz öyrəşmişdik ki, futzal yığmamız Avropanın ən güclü bir-iki yığması - İspaniya və Portuqaliyanı çıxmaq şərtilə qalanlarını asanlıqla məğlub edirdi. Ancaq gördük ki, bu dəfə münasib rəqiblərlə bir az çətinlik çəkdi. Sizcə, bu çempionatımızın  səviyyəsinin aşağı düşməsindən irəli gəlmirmi?

- Mən deməzidm ki, belədi. Dünyada heç bir komanda eyni səviyyəli oyun nümayiş etdirə bilmir. İldən-ilə dəyişir. Daha yaxşısı odu ki, indiki mərhələdə bu komandanın təməli qoyulur ki, artıq 2018-ci ildə tam inamlı oyun nümayiş etdirsin.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right