AZAL antirekordu təkrarladı

Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt”la qarşılaşan AZAL mövsümdə 17-ci məğlubiyyətini alıb.

 

Newsport.az xəbər verir ki, 1:2 hesabı ilə uduzan paytaxt təmsilçisi bununla da tarixinin antirekordunu təkrarlayıb. Belə ki, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən AZAL bir turnirdə ən pis halda 17 dəfə uduzub. Həmin antirekord 2013/14 mövsümündə qeydə alınıb. Lakin 3 il öncə bakılılar daha çox - 36 matçda 17 məğlubiyyətə üzülüb.

 

2016/17 mövsümündə özünün antirekordunu təkrarlayan AZAL artıq 25 qarşılaşmada 17 dəfə xalsız qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right