“Neftçi” fanatlara “xuliqan” deyən Elxan Abdullayevlə bağlı qərar verdi

Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”a uduzaraq mübarizəni dayandıran “Neftçi”də vəziyyət gündən-günə gərginləşir. Artıq klubla azarkeşlər arasında da münasibət pozulmaqdadı.

 

Newsport.az xəbər verir ki, “Neftçi” son günlərdə baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, komandanın məşqçi heyəti ilə müqavilə bir il müddətinə uzadılacaq:

 

“2016/2017-ci illər mövsümünün qış fasiləsində "Neftçi” PFK-nın heyətində köklü dəyişikliklər edildi. Komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir. Bu səbəbdən cari mövsümün sonunda əsas komandanın məşqçilər korpusu ilə müqavilə müddəti daha bir il uzadılacaq. "Neftçi” PFK olaraq əsas komandanın məşqçilər korpusunun fəaliyyətinə tam dəstək verir və onlara güvəndiyimizi bildiririk.

 

Son günlər müəyyən qüvvələr tərəfindən ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdləri aşkar hiss olunmaqdadı. Bəzi KİV-də komandanın qələbə qazandığı oyunlara belə kölgə salacaq açıqlamalara rast gəlinir. Bununla belə, biz aparıcı media qurumlarının fəaliyyətini müsbət qiymətləndirir və onların məsələlərə obyektiv yanaşacağına inanırıq.

 

Təəssüf ki, mediada ictimai rəyi yanlış yönləndirmək cəhdləri bəzi azarkeş qruplarının fəaliyyətində də sezilir. Komanda qələbə qazanarkən hər cür dəstəyə hazır olduqlarını bildirən bir qrup azarkeş ilk məğlubiyyətdə komanda üzvlərininin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. "Neftçi” PFK olaraq bəyan edirik ki, stadionlarda hər növ zorakılığa və təhqirə qarşıyıq. Bununla belə inanırıq ki, "Neftçi”nin sadiq azarkeşləri hər zaman komandanın yanındadırlar və sona kimi öz dəstəyini əsirgəməyəcəklər.

 

Bir daha bildiririk ki, bütün bu cəhdlər klubun bir məqsəd uğrunda daha sıx birləşməsinə səbəb olub. Bəyan edirik ki, klubun daxili müvazinətini pozmağa çalışan qüvvələrin cəhdləri uğursuzluqla nəticələnəcək”.

 

Xatırladaq ki, dünən “Qarabağ”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Elxa





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right