"Şəmkir" şəhidimizi yad etdi

Dünən I Divizionun 17-ci turu çərçiəvsində  keçirilən "Şəmkir" - "Zaqatala"  (2:1) oyunundan öncə fevralın 22-də düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan Xanoğlan Xəlilov yad edilib.

Newsport.az-ın məlumatına görə, "ağ-qırmızılar" üzərində "Xanoğlan Xəlilov Vətən oğlu, Şəmkir səni unutmaz" pankartı ilə meydana çıxıb.

Qeyd edək ki, Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü əsgər Xəlilov Xanoğlan İntizam oğlu Şəmkir rayonun Şeyidlər kənd qəbiristanlığında dəfn edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right