"Qəbələ" bu dəfə heç-heçə etdi

Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri Qazaxıstanın "Ordabaşı" klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" buna qədər Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a isə 1:0 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın sonuncu yoxlama oyunu isə yanvarın 23-də "Şkendiya"ya (Makedoniya) qarşı olacaq.

Yoxlama oyunu

18:00.“Qəbələ” – “Ordabaşı” (Qazaxıstan) - 0:0

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right