Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, son oyun günündə 1 matç keçiriləcək. "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu tur "Qarabağ" "Kəpəz"i məğlub edərək yarışın bitməsinə 8 tur qalmış çempionluğu rəsmiləşdirib.
31 mart
18:00. “Sumqayıt” – “Araz-Naxçıvan” 1:0
Qol: Ninqa 7 (p)
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu