Rahil Məmmədov liderlə oyuna hazırdı

Polşanın LKS klubunun baş məşqçisi Marçin Matisyak azərbaycanlı müdafiəçi Rahil Məmmədovun durumu ilə bağlı danışıb. Newsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvünün hazırlıq səviyyəsindən razı qalıb.

O, yığmadan qayıdan oyunçunun Polşa çempionatının XXVI turunda “Yagelloniya” ilə keçiriləcək matça hazır olduğunu söyləyib: “Rahil Məmmədov yenidən bizimlədi. O, millidən qayıtdıqdan sonra kollektivlə müntəzəm məşqlərdə iştirak edir. Məmmədov “Yagelloniya” ilə görüşə hazır olacaq”.

Qeyd edək ki, “Yagelloniya” – LKS oyunu sabah keçiriləcək. Hazırda birincilər 48 xalla birinci, LKS isə 17 xalla sonuncudu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right