"Qarabağ" 11-ci dəfə Azərbaycan çempionu oldu Yenilənib

 

Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura start verilir.

Newsport.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub.  Görüş  "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.

Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini məğlub edib. Bununla da "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirib. Komanda son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

29 mart (cümə)

19:00. “Kəpəz” – “Qarabağ” - 1:6 

Qollar: Julio Romao, 21 (0:1), Olavio Juninyo, 52 (0:2), 56 (0:3), Abbas Hüseynov, 64 (0:4), Elvin Cəfərquliyev, 69 (0:5), Redon Cica, 89 (0:6)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu

16:30. “Qəbələ” – “Neftçi” - 0:1 

Qol: Kilan Lebon, 42 (0:1)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right