Benzia “Puşkaş mükafatı”na namizəd ola bilər

“Qarabağ”ın futbolçusu Yassin Benzia “Puşkaş mükafatı”na layiq görülə bilər. Newsport.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, uzun fasilədən sonra Əlcəzair millisinə çağırılan yarımmüdafiəçinin “FIFA series - Edition 2024” layihəsində Cənubi Afrika Respublikası (CAR) ilə görüşdə vurduğu sonuncu qol möhtəşəm alınıb: “Matçın qəhrəmanı olan Benzianın 70-ci dəqiqədə akrobatik tullanışla vurduğu qol “Puşkaş mükafatı”na layiqdir. Çox güman ki, bu, namizədlər sırasında olacaq”.

Qeyd edək ki, 3:3 hesabı ilə başa çatan qarşılaşmada Benzia 2 qol vurub, 1 məhsuldar ötürmə verib.a





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right