"Neftçi"dəki performansı tənqid edilən forvard "Qarabağ"a tanış komanda ilə anlaşdı Foto

"Neftçi"dən ayrıldıqdan sonra klubsuz qalmış Aaron Olanare özünə yeni iş yeri tapıb.

Newsport.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində effektsiz performansına görə tənqid edilən nigeriyalı hücumçu tanınmış kluba keçib.

29 yaşlı hücumçu Norveçin "Molde" klubuna keçib. Amma hələ ki, müqavilənin detalları ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, "Molde" bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer almışdı. Azərbaycan çempionu rəqibi ilə səfərdə 2:2 oynamış, evdə isə rəqibini 1:0 məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right