Benzia millidə gözəl qol vurdu

Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib.

Newsport.az xəbər verir ki, komanda bu dəfə evdə Cənubi Afrika millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

"Qarabağ"ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin əsas heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi oyunda dubl edib. O, qollardan birinin ötürməsini də verib.

Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb. O, “FİFA series - Edition 2024” layihəsi çərçivəsində  ilk oyunda  - Boliviya ilə matçda da qol vurmuşdu. 

Əlcəzair - Cənubi Afrika- 3:3

Qollar: Yassin Benzia, 22, 70, Yasin Nəsr Eddin Brahimi, 53 - Temba Zvan, 34, 45+5, İqraam Reyners, 66

Benzianın Cənubi Afrika millisi ilə oyundakı qollarına aşağıdakı videoda baxa bilərsiniz:





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right