Vüsal İsgəndərli: Qollarımı və assistlərimi sıralayacağam

“Eqnatia”da olarkən daha yaxşı çıxış etdiyim barədə fikirlərin olması normaldı. Çünki həmin vaxt daha çox qol vururdum”. Newsport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə mətbuatına açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi TFF I Liqa klubu “Boluspor”la Superliqaya yüksəlməyi hədəflədiyini bildirib: “Boluspor”u çox sevirəm. Burada özümü əla hiss edirəm. Sistemimiz də fərqlidi. Zaman keçdikcə qollarımı və assistlərimi sıralayacağam. Əsas odu ki, Superliqaya yüksələk. Bunun üçün ilk növbədə pley-offa vəsiqə qazanmalıyıq”.

Qeyd edək ki, “Boluspor” 27 turdan sonra 7-ci pillədədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right