İngiltərəyə qol vuran azərbaycanlı futbolçu: "Mənim üçün önəmli idi"

Azərbaycan U-21 yığmasının üzvü Ramin Nəsirli AVRO-2025-in seçmə mərhələsi çərçivəsində bu gün Ukraynaya qarşı keçiriləcək matçla bağlı danışıb.

İngiltərənin U-21 yığmasına qarşı Bakıda keçirilmiş görüşdə yığmamızın yeganə qolu vuran Nəsirli Newsport.az saytına açıqlamasında həmin oyunu da xatırlayıb:

"İngiltərə ilə matçda uğurlu nəticə qazanmağa çalışırdıq. Lakin təəssüf ki, bu bizdə alınmadı. Rəqib çox güclü idi. İngiltərə yığmasının futbolçularının oyun təcrübəsinin çox olması da həlledici rolunu oynadı. Meydana sonradan daxil oldum. Az oynasam da, vurduğum qol mənim üçün önəmli idi. Sona qədər yaxşı nəticəyə imza ata biləcəyimizə inanırdım.

Artıq həmin görüş geridə qaldı. Geridə qalan günlərdə Ukraynaya qarşı hazırlaşmışıq. Bu oyuna qələbə üçün çıxacağıq. Şans verilərsə, maksimumu edəcəm. Düzü, rəqibimiz güclü olsa da, biz yalnız müsbət nəticə barədə düşünürük".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right