"Zirə" və "Qəbələ"nin legioneri bir oyunluq cəzalanıb

AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu İssa Cibrilanı bir matçlıq cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, oyunçu "Turan Tovuz"la heç-heçə (1:1) etdikləri Premyer Liqanın XXV turunun matçında rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldığı üçün cəzaya məruz qalıb.

Paytaxt təmsilçisi 800 manat cərimə olunub.

"Qəbələ"nin legioneri Lukas Afriko da bir görüşdə komandasına kömək edə bilməyəcək. Müdafiəçi "Səbail"ə uduzduqları (2:3) qarşılaşmada qırmızı vərəqə görüb. "Qırmızı-qaralar" da bu səbəbdən 800 manat ödəməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right