Futbol ictimaiyyəti "Qarabağ"ın oyunu üçün bir yerə toplanır

"Qarabağ"ın Avropa Liqasında "Braqa" (Portuqaliya) ilə səfər matçı Bakıdakı ticarət mərkəzlərindən birinin kino zalında nümayiş etdiriləcək.

Newsport.az-ın xəbərinə görə, “Misli” və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə Ağdam təmsilçisinin “Braqa” ilə keçirəcəyi səfər matçı böyük ekranda yayımlanacaq. 

Bakı vaxtı ilə fevralın 15-i saat 00:00-da start götürəcək oyun qonaqlara 28 MALL ticarət mərkəzində yerləşən kino zallarından birində təqdim olunacaq. 

Dəvətlilər arasında AFFA, PFL rəsmiləri, futbol veteranları, Premyer Liqa, 1-ci və 2-ci Liqa klublarının rəsmiləri, idman mediasının əməkdaşları və bir çox xüsusi qonaqlar yer alacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right