"Neftçi"də yeni baş məşqçinin qarşısına qoyulan məqsəd açıqlandı

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov mətbuat konfransında çıxış edib.

Newsport.az xəbər verir ki, o, komandanın yeni baş məşqçisi Miodroq Bojoviçin təqdimat mərasiminda jurnalistlərin suallarını dəyərləndirib.

- İlk dəfədir ki, ani təqdimat olur. Tələskənlik idi, yoxsa şəffaflıq?

Təbii ki, şəffaflıqdır. Miodroq Bojoviç Bakıdadır. İstəyirdik ki, bunu hamı bilsin.

- Baş məşqçinin qarşısına hansı hədəf qoyulub?

Hədəf ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır.

- Adrian Mutu ilə yolların ayrılmasında nə həlledici rol oynadı?

Qarşılıqlı fikir belə oldu. Mutunun anasını dünyası dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır.

- Namizədlər siyahısında yerli baş məşqçinin adı var idi?

Xeyr, yox idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right